Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya MN: Kəlbəcərə 130 ton humanitar yük çatdırılıb

Rusiya MN: Kəlbəcərə 130 ton humanitar yük çatdırılıb

Tarix: 15 Mart 2021 12:14

Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 130 ton humanitar yükün çatdırılmasını təmin edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilb ki, Rusiya Humanitar Reaksiya Mərkəzinin yeddinci karvanı 20 hərbi yük avtomobilindən ibarət 130 tondan çox yükü (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) sosial obyektlərin, yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə Kəlbəcər rayonuna çatdırıb.

Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə yeddi avtomobil karvanı ilə təxminən 1300 ton yük daşınıb.

Milli.Az


Etiketlər:  Rusiya MN Kəlbəcərə 130 ton humanitar yük çatdırılıb


RƏYLƏR