Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kompakt diskin ixtiraçısı dünyasını dəyişib

Kompakt diskin ixtiraçısı dünyasını dəyişib

Tarix: 15 Mart 2021 22:16

"Dutch News" portalının məlumatına görə, kompakt disk və kasetlər üçün plyonkanı ixtira edən hollandiyalı mühəndis Lodeveyk Ottens 94 yaşında dünyasını dəyişib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, Ottens 1952-ci ildə "Philips" şirkətində işləməyə başlayıb. O, 8 il sonra sözügedən şirkətdə məhsulların hazırlanması bölməsinə rəhbərlik etməyə başlayıb və 1 il ərzində komandası ilə birgə ilk yığcam maqnitofon təqdim ediblər. Ottens 2 il sonra kompakt kasetlər üçün plyonkanı, bundan sonra isə kompakt diski ixtira edib.

İxtiraçı 1986-cı ildə təqaüdə çıxıb. Portal yazır ki, Ottens həmişə hər iki ixtiranın kollektiv əməyin nəticəsi olduğunu vurğulamışdı.


Etiketlər:  Kompakt diskin ixtiraçısı dünyasını dəyişib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ