Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konstruktiv perikardit

Konstruktiv perikardit

Tarix: 15 Mart 2021 22:42

Konstruktiv perikardit perikard səthinin qalınlaşması,bəzən perikardın kalsifikasiyası ilə xarakterizə olunub ürəyin sıxılmasına və ürəyin kameralarının distolik dolmasının pozulmasına gətirib çıxarır. Konstruktiv perikardın əmələ gəlməsinin səbəbi aşağıdakılardır:
- vərəm perikarditi
- irinli perikardit
- posttravmatik perikardit
- cərrahi müdaxilədən sonrakı perikardit
- orta divarın müalicəvi radioaktiv şüalanması nəticəsində əmələ gələn perikardit
- histoplazmoz fonunda inkişaf edən perikardit
- şiş xəstəliklərindən sonra əmələ gələn perikardit
- virus perikarditi
- uremiyada yaranan perikardit
Konstruktiv perikardit zamanı ağır hallarda hemodinamik dəyişikliklərin səbəbi hər iki mədəciklərin distolik dolmasının pozulmasıdır.Ürək tamponadasından fərqli olaraq konstruktiv perikarditdə mədəciklərin dolması diastolanın erkən dövründə çox qısa müddət ərzində baş verir.Qalan bütün vaxt ərzində mədəciklərin dolması baş vermir.
Ürək kameralarının distolik dolmasının pozulması üç əsas hemodinamik dəyişikliyə gətirib çıxarır.
1.Ürəyin vurğu həcmi azalır
2 Distolik təzyiq hər iki mədəcikdə artır
3.Ürək mədəcikləri kiçik və normal ölçüdə olur("balaca ürək"simptomu)
Konstruktiv perikardit zamanı xəstələrdə bəzi patologiyalar baş verir:
* assit
* yüksək venoz təzyiq
* "kiçik sakit ürək"
Bu zaman xəstələrin şikayətləri aşağı ürək atımı ilə bağlı zəiflik,tez yorulma,ürəkdöyünmə əlamətləri olur.Ürəkdöyünmə əvəllər fiziki iş zamanı,sonra isə sakitlikdə meydana çıxır.Bir müddət sonra xəstələr qarınlarının böyüməsindən sağ qabırğaaltı nahiyədə ağırlıq hissinin olmasından,daha sonra isə ayaqlarında ödemlərin əmələ gəlməsində şikayət edirlər.Xəstədə dispeptik əlamətlər və çəkinin azalması baş verir.


Etiketlər:  Konstruktiv perikardit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ