Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 13:48
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.net-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 241 651 koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 370 nəfər müalicə olunaraq sağalıb, 3 298 nəfər vəfat edib, aktiv xəstə sayı 6 983 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 453, ötən müddət ərzində isə ümumilikdə 2 726 470 test aparılıb.