Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messidən növbəti rekord

Messidən növbəti rekord

Tarix: 16 Mart 2021 16:20

"Barselona"nın kapitanı Lionel Messi yeni rekorda imza atıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna ötən gecə La Liqanın 27-ci turunda "Hueska" ilə matçda (2:1) nail olub. O, görüşün 13-cü dəqiqəsində fərqlənməklə turnirin 2020/21 mövsümündə vurduğu qolların sayını 20-yə yüksəldib. Beləliklə, Messi yerli çempionatda ardıcıl 13 mövsümdə 20 qol həddinə çatıb və bu nəticəni göstərən ilk futbolçu kimi tarixə düşüb.

Həmçinin "Hueska" ilə görüş daha bir səbəbdən argentinalı oyunçu üçün əlamətdar olub. Belə ki, Messi Kataloniya klubunun heyətində 767-ci rəsmi matçına çıxıb. O, klub rekordçusu Xavi ilə eyni nəticəni göstərib.

Qeyd edək ki, Messi çıxdığı 767 rəsmi oyunda 660 qol vurub və 262 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Messidən növbəti rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ