Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2021 19:56
Tesla şirkəti Cybertruck modeli ilə bir daha gündəmə gəlib. Şirkətin icraçı direktoru Elon Musk modellə bağlı vacib məlumatlar yayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, dizaynı hələ də müzakirə olunan Tesla Cybertruck sonuncu dəfə suda qala biləcəyi ilə gündəmə gəlmişdi. Elon Muskun açıqlamasına görə, avtomobil gövdəsinin quruluşu və altı düz olduğu üçün suyun üzərində dayana bilir.
Yeni məlumata görə isə insanlar avtomobilin böyük batareyasında olan enerjini digər vasitələrə köçürə biləcəklər. Tesla Cybertruck vasitəsilə hətta çox kiçik evlərin elektrik enerjisinə olan tələbatını da qısa müddətdə ödəmək mümkündür. Əslində isə bu, fövqəladə hallar və maşının dayanma vaxtları üçün nəzərdə tutulub.
Avtomobilin içərisində batareya üçün üç fərqli paket var. Bu batareya paketləri uyğun olaraq 400 km, 480 km və 800 km məsafəni təmin edir. Tesla Cybertruck-un başlanğıc qiyməti 39 900 dollardır. Digər versiyaların qiymətləri isə 49 900 və 69 900 dollar nəzərdə tutulub.