Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının tərkibi təsdiqləndi

İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının tərkibi təsdiqləndi

Tarix: 17 Mart 2021 15:51

Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi və "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamının ləğv edilməsi barədə Sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi"nin 4.2-ci bəndinə uyğun olaraq qərara alınır:

- Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

İlqar Fəti-zadə - Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini

Elnur Əliyev - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Anar Əliyev - Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Vadim Xubanov - Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini

Kamil Heydərov - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.

- "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3547 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2462; 2018, № 10, maddə 2107; 2019, № 2, maddə 311) ləğv edilsin.


Etiketlər:  İpoteka Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının tərkibi təsdiqləndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ