Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda sabahdan Novruz tətili başlayır: 9 gün ardıcıl iş olmayacaq

Azərbaycanda sabahdan Novruz tətili başlayır:  9 gün ardıcıl iş olmayacaq

Tarix: 19 Mart 2021 09:20

Azərbaycanda sabahdan Novruz tətili başlayır.

Milli.Az bildirir ki, Nazirlər Kabinetinin "2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Bu il 20-21 mart həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq. Eyni zamanda 27 və 28 mart da həftənin şənbə və bazar günlərinə təsadüf edir.   

Beləliklə, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq.

Milli.Az


Etiketlər:  Azərbaycanda sabahdan Novruz tətili başlayır 9 gün ardıcıl olmayacaq


RƏYLƏR