Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu qərar Ermənistanı Bakıdan asılı vəziyyətə salacaq - Politoloq - VİDEO

Bu qərar Ermənistanı Bakıdan asılı vəziyyətə salacaq - Politoloq - VİDEO

Tarix: 19 Mart 2021 10:32

Rusiya qazının Ermənistana Azərbaycan ərazisindən müvəqqəti göndərilməsi ölkəmiz tərəfindən edilən bir jestdir.

Sonxeber.net xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. O bildirib ki, bu addım Ermənistana bölgədəki reallıqları xatırladacaq:

"Azərbaycan öz siyasi iradəsini ortaya qoyub. Burada Ermənistan cəmiyyətinin və siyasi hakimiyyətinin verəcəyi reaksiyadan çox şey asılıdır. Lakin Ermənistanda hakimiyyətin monipulyativ davranışlar sərgilədiyi bir zaman kəsiyində bu faktın xüsusi olaraq qeyd olunacağını gözləmirəm. Təbii ki, bunu nəzərə alan ayrı-ayrı qüvvələr olacaq. Bundan başqa digər önəmli məsələ odur ki, indiki şəraitdə Ermənistan enerji problemlərinin həllində də Azərbaycandan asılıdır. Gələcəkdə oxşar faktorlar da baş verərsə, 

Ermənistanın hər hansı üçüncü dövlətdən qaz almaq və ya enerji problemlərini həll etmək imkanı olmayacaq. Bu, həm də Ermənistana bölgədəki reallıqların xatırladılması baxımından böyük əhəmiyyət kəsb edir".


Etiketlər:  qərar Ermənistanı Bakıdan asılı vəziyyətə salacaq Politoloq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ