Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2021 16:24
16:24
Yaponiyanın Miyaqi əyalətində baş verən 7,2 maqnitudalı zəlzələdən sonra elan edilən sunami təhlükəsi xəbərdarlığı ləğv edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.
Qeyd edək ki, meteoroloqlar öncə Miyaqi sahillərində hündürlüyü 1 metrə çatacaq sunami təhlükəsi elan etmişdilər.
Zəlzələnin qəzalı vəziyyətdə olan "Fukusima-1" Atom Elektrik Stansiyasında hər hansı problemə yol açmadığı müəyyənləşib.
--------
14:52
Yaponiyanın şimal-şərqində 7,2 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin ocağı Miyaqi əyalətinin sahilində, 60 km dərinlikdə yerləşib.
Meteoroloqlar Miyaqi əyalətində sahildə sunaminin hündürlüyünün 1 metrə çatacağını proqnozlaşdırır.
Mütəxəssislər hazırda zəlzələnin qəzalı Fukusima Atom Elektrik Stansiyasına təsir edib-etmədiyini araşdırır.
Dağıntı və tələfat barədə məlumat verilmir.
Qeyd edək ki, zəlzələ Fukusima, İbaraki, İvate, Saytamu və Tokioda hiss edilib.