Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Donner & Reuschel bankı kriptovalyuta xidmətləri təqdim edəcək

Donner & Reuschel bankı kriptovalyuta xidmətləri təqdim edəcək

Tarix: 20 Mart 2021 19:16

Almaniyanın ən qədim banklarından biri olan Donner & Reuschel bankı artan müştəri tələbinə cavab olaraq kriptovalyuta alqı-satqısı və saxlanması xidmətlərinə başlamaq niyyətindədir. Bankın mətbuat xidmətindən verilən məlumata əsasən rəhbərliyin bu qərarı müştərilərdən kriptovalyuta məhsullarına olan yüksək marağın olması səbəbi ilə verdiyini qeyd edilib. Bunun üçün bank məsləhətçi şirkəti - Distributed Ledger Consulting GmbH əməkdaşlıq müqaviləsi bağlayıb. Donner & Reuschel maliyyə sektorunda blockchain texnologiyasından üstünlük qazanma şansını maksimum dərəcədə artırmaq üçün aktivlərin tokenləşdirilməsi imkanlarını araşdırmaq niyyətindədir.

Mərkəzi ofisi Hamburq şəhərində yerləşən Donner & Reuschel bankının əsası 1798-ci qoyulub və hazırda 10.7 milyard dollarlıq aktivləri idarə edir.


Etiketlər:  Donner Reuschel bankı kriptovalyuta xidmətləri təqdim edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ