Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Formula 2 yarışının sıralama turunda qəza olub

Formula 2 yarışının sıralama turunda qəza olub

Tarix: 26 Aprel 2019 17:00

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçirilən Formula 2 yarışının sıralama turunda yüngül qəza baş verib.

Trend-in məlumatına görə, İtaliyanın “Prema Racing” komandasının pilotu Sean Gelaelin bolidində tüstülənmə və ardınca yanğın baş verib.

Lakin alov dərhal söndürülüb və o, yoluna davam edib. Pilot bolidi təkrar hərəkətə gətirən zaman yanğınsöndürənlərdən biri maşına ilişib və yıxılıb.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.


Etiketlər:  Formula 2 yarışının sıralama turunda qəza olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ