Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2021 23:48
Türkiyədə sevgilisi olduğu iddia edilən Eren Yıldız adlı şəxs tərəfindən boğazından bıçaqlanan 17 yaşlı Gizem Canbulutun son görüntüləri ortaya çıxıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, şəxsiyyət vəsiqəsi üçün fotostudiyada fotoşəkil çəkdirən Canbulutun ölümündən əvvəl son görüntüləri iş yerinin təhlükəsizlik kamerasına düşüb. Kadrlarda Canbulutun səhər dostu və atası ilə fotoşəkil çəkdirdikdən sonra oradan ayrılması görünür.
17 mart çərşənbə günü təxminən saat 13:30-da görüşən Gizem Canbulut ilə sevgilisi Eren Yıldız arasında mübahisə yaşanıb. Münahisə zamanı Eren Yıldız Gizem Canbulutu boğazından bıçaqlayıb. Gənc qız qan içində yerə yıxılarkən Eren Yıldız hadisə yerindən qaçıb.
Hadisə yerinə gələn polislər Gizem Canbulutun cansız bədəni ilə qarşılaşıb.