Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pandemiyadan ən çox bu sahə əziyyət çəkdi - Millət vəkili

Pandemiyadan ən çox bu sahə əziyyət çəkdi - Millət vəkili

Tarix: 23 Mart 2021 15:08

Peyvəndlənmə prosesindən sonra iqtisadi fəallığın bərpa edilməsi üçün müəyyən vaxt lazım olacaq. Çünki xidmət sahəsinə edilən dövlət dəstəyinə baxmayaraq, pandemiya bu sahəyə ciddi təsir edib.

Bunu ARB24-ün "Azworks" verilişinə açıqlamasında millət vəkili Azər Badamov deyib. O bildirib ki, pandemiya həm işsizliyə, həm də yeni sənətlərin ortaya çıxmasına səbəb olub:

"Bu dövrdə rəqəmsal iqtisadiyyata keçmənin, uzaqdan idarəetmənin nə qədər vacib olduğunu gördük. Pandemiyadan sonra yeni İT mütəxəssislərə tələbat çoxalacaq. İtqisadiyyatın idarəolunmasında yeni texnologiyadan istifadəetməyə və insan əməyini daha az tətbiq etməklə istehsal sahələrinin idarəedilməsinə üstünlük veriləcək. Elm tutumlu sahələrə tələbatın gələcəkdə daha da artması gözləniləndir. Artıq bizim üçün ənənəvi olmayan elektron ticarətdən istifadə gündəmə gəldi. Həmçinin xidmət sahələrində qapanma kuryer xidmətlərini daha da aktuallaşdırdı. 

Hər böhran müəyyən müddətlik çətinlik yaratsa da, daha sonra o, sıçrayışlı inkişafa yol açır".

Milli.Az


Etiketlər:  Pandemiyadan ən çox bu sahə əziyyət çəkdi Millət vəkili


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ