Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp” messenceri bu “iPhone” modelini dəstəkləməyəcək

“WhatsApp” messenceri bu “iPhone” modelini dəstəkləməyəcək

Tarix: 23 Mart 2021 22:40

Tərtibatçılar "WhatsApp" messencerinin son yeniləməsində "iOS" mobil əməliyyat sisteminin 9-cu versiyasının dəstəyini dayandırıblar. Bu barədə "WABetaInfo" portalı məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, 2011-ci ildə təqdim edilmiş "iPhone 4s" smartfonu "iOS 9" versiyasının idarəetməsi altında işləyir. "WhatsApp" messencerinin 2.21.50 versiyasında tələblər yalnız "Apple"ın məhsulu üçün yenilənməyib. İndi messencer "Android 4.0.3" və daha yuxarı, "KaiOS 2.5.1" və daha yuxarı versiyaları dəstəkləyir.

"iPhone 4s" cihazının sahiblərinə sözügedən messencerdəki çat və yazışmalarını yadda saxlamaq tövsiyə edilib.

Milli.Az


Etiketlər:  WhatsApp messenceri bu iPhone modelini dəstəkləməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ