Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 18:24
Döyüşdə öz əsgərlərini düşündü, canı bahasına onların həyatını xilas etdi...
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, söhbət 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş cəsur zabitimiz Sübhi Mürsəliyevdən gedir.
İkinci Qarabağ döyüşlərində şəhadətə ucalmış mayor Sübhi Mürsəliyev Suqovuşanın düşməndən azad olunması uğrunda gedən döyüşlərdə böyük igidlik göstərib. İsmayıllı rayonunun Qurbanəfəndi kəndində hərbçi ailəsində anadan olan Sübhi Mürsəliyev həyatının 20 ilini hərbiyə həsr edib.
Onun atası qazi Balamirzə Mürsəliyev birinci Qarabağ müharibəsinin iştirakçısı olub.
Sübhi Mürsəliyev zabit kimi Ağdam, Tərtər, Tovuz və Goranboy kimi daim atəşkəsin pozulduğu ərazilərdə xidmət aparıb. O, 2016-cı il Aprel döyüşlərində qəhrəmanlıq göstərdiyi üçün bir sıra medallar və fəxri fərmanlarla təltif edilib. Ölümün gözünə dik baxan komandir Sübhi Mürsəliyev daim əsgərlərini düşünər, onların qayğısına qalardı.
Sübhi Mürsəliyev ötən il sentyabrın 30-da Suqovuşan ərazisində gedən şiddətli döyüşlərdə 28 əsgərini ölümdən xilas edərkən qəhrəmancasına şəhid olub.
Şəhid mayor Sübhi Mürsəliyev "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları, eləcə də "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: