Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2021 22:27
ABŞ-da su içmə vərdişlərinə dair aparılan bir araşdırma təəccüblü nəticələr ortaya qoyub.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, kifayət qədər su içməyən bir çox insan dərman qəbul edərək susuzluqdan qaynaqlanan simptomları aradan qaldırmağa çalışır.
Bədənimizin təxminən üçdə ikisi sudan ibarətdir və kifayət qədər çox su içmək sağlamlıq üçün vacibdir. Bu elmi həqiqət hər kəsə məlum olsa da, əksər insanlar tərəfindən tətbiq olunmur.
Baş ağrısı, başgicəllənmə, yorğunluq susuzluq əlamətləridir.
Tədqiqatın ən təəccüblü nəticələrindən biri də bir çox insanın baş ağrısı, yorğunluq və başgicəllənmə kimi susuzluq əlamətlərini içməli su əvəzinə dərmanlarla aradan qaldırmağa çalışmasıdır. Araşdırmada 2 min insanın su içmə vərdişləri izlənilib. Tədqiqat göstərib ki, hər 3 iştirakçıdan 2-si susuzluqdan qaynaqlanan rahatsızlıqlarını aradan qaldırmaq üçün ağrı kəsicilər qəbul etməyə üz tutub.
Tədqiqat əksəriyyətin gündəlik içməli olduqları suyun yarısını belə qəbul etmədiklərini ortaya qoyub. Mütəxəssislər çox az su içməyin bir çox xəstəliyə səbəb olduğunu bildirirlər./