Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2021 08:40
ABŞ əsgərləri "Taliban" qüvvələri və Əfqanıstan hökuməti arasında razılaşma əldə edilmədən geri çəkiləcəyi təqdirdə "taliban"çılar ölkənin çox hissəsində nəzarəti iki-üç il ərzində öz əllərinə keçirə biləcək. ABŞ kəşfiyyat xidmətləri prezident Co Baydenə bununla bağlı xəbərdarlıq ediblər.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə "New York Times" qəzeti özəl mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, hadisələrin bu cür inkişafı "Əl-Qaidə" terror qruplaşmasının Əfqanıstanda bir daha güclənməsinə səbəb ola bilər.