Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2021 16:03
Koronavirusa qarşı təsdiqlənmiş ilk peyvənd istehsalçısı "Pfizer" COVID-19 xəstələrinə tətbiq edilə bilən yeni bir dərman istehsalına başladığını açıqlayıb.
Sonxeber.net Teleqraf.com-a istinadən xəbər verir ki, şirkətin açıqlamasında ilk laboratoriya işlərində potensial ümidverici nəticələrin əldə edildiyi bildirilir.
Virusun hüceyrələrdə çoxalmasının qarşısını alacağı gözlənilən dərmanın HİV və Hepatit C kimi digər viral xəstəliklərin müalicəsində də təsirli olduğu deyilir. Şirkət həmçinin erkən mərhələdə koronavirus xəstələrinin müalicəsində istifadə edilə bilən bir başqa dərman üzərində araşdırma apardığını da elan edib.