Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnsanın sinir hüceyrələri bərpa ola bilir - Neyro alim

İnsanın sinir hüceyrələri bərpa ola bilir - Neyro alim

Tarix: 28 Mart 2021 21:18

74 yaşlı biologiya elmləri namizədi, psixolinqivist Tatyana Çerniqovskaya insan beyni barədə maraqlı araşdırmalar aparıb və beynin fəaliyyətini qocalığa qədər qoyuyub saxlamağın yollarını açıqlayır.

Sonxeber.net xəbər verir ki, alim sinir hüceyrələri neyronların bir dəfə öldüsə, daha bərpa olmayacağını mif adlandırıb. O, hesab edir ki, bu artıq keçmişdə qaldı. Beyin atrofiyalaşa bilər, əgər vaxtında ona təsir etməsəz o kütləşəcək. Amma bu geri qayıdan, bərpa olan prosesdir.

"Bizim sinir hüceyrələrimiz bərpa olur. Bu elmi olaraq sübut edilib. Mən başa düşmürəm ki, bu mif hardan yaranıb ki, insanlar sinirlərin bərpa olmadığına inanıb. Əgər sizin beyninizi MRT-ə salsaq, görərsiz ki, siz sadəcə uzanıb heç nə etməyəndə, heç nə fikirləşməyəndə belə beyin işləyir. O, daim işləməyə maraqlıdır. Yaddaşı məqş etdirməklə, sinirləri aktivləşdirmək, bərpa etmək mümkündür".

Biz beynimizə hər ay, il yeni iş, yeni tədris, biliklər verməyə borcluyuq. Öyrənmək neyron bağlantılarının keyfiyyətini artırır, beynin ağ və boz maddəsinin sıxlığını çoxaldır. Məşq edilməyən beyin gələcəyə sönməyə doğru gedir.

Məşq isə yeni dil, riyaziyyat, məntiq, yeni şeir öyrənmək, oxumaq, nələrsə həll etmək, düşünməkdir.

Əgər nəyi isə yaddaşınıza dərin yazmaq istəyirsizsə, yatmazdan qabaq onu oxuyub yatın, o zaman daha yaxşı yadda qalacaq. /medicina.az


Etiketlər:  İnsanın sinir hüceyrələri bərpa bilir Neyro alim


RƏYLƏR