Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu vitaminin çatışmazlığı insanın beynini pozur - Bağırsaqların və sinirin dərmanı

Bu vitaminin çatışmazlığı insanın beynini pozur - Bağırsaqların və sinirin dərmanı

Tarix: 28 Mart 2021 21:27

B 3 vitamini B qrup vitaminləri içində az xatırlanan, az istifadə olunan növdür. Niasin və ya nikotin turşusu adlanan B 3 orqanizmin enerji mənbəyidir.

Sinir sistemi, dəri və beyin onunla qidalanır.

Sonxeber.net tibbdə B 3 vitamini çatışmazlığının əsas əlamətlərinin 3 D olduğunu bildirir: yəni demensiya, diareya, dermatit.

Əgər sizdə əqli, beyin fəaliyyətində pozulma, diqqətsizlik, yaddaşsızlıq varsa, dərinizdə dermatit yaranıbsa, ishaldan əziyyət çəkirsizsə, deməli, sizdə 3 D sindromu - yəni kəskin B3 vitamini əskikliyi var.

İştahın azalması, çəkidə itki, qarında spastik ağrılar, ürəkbulanma, qıcıqlanma, əsəbilik də B 3 defisitindən ola bilir.

B 3 lə zəngin qidalar yumurta, balıq, ət, taxıl, paxlalılar, göbələk və təzə tərəvəzlərdir.

Defisit varsa hazır nikotin turşusu, yəni B 3 qəbul edə bilərsiz.
Bu vitamin yüksək dozada qəbul etmək olmaz.

Sutkalıq doza 30 mq -dır. Ciddi xəstəliklərdə 100 mq-a qədər qəbul olunmalıdır. /medicina.az


Etiketlər:  vitaminin çatışmazlığı insanın beynini pozur Bağırsaqların sinirin dərmanı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ