Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2021 11:54
Türkiyənin Qars şəhərində kababçı 8 yaşlı uşağın həyatını xilas edib.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, kadrlardan da göründüyü kimi restoranda yemək yeyərkən uşağın nəfəs borusunda ət qalır.
Ana və ata nə qədər cəhd etsə də uşağın boğazında qalan əti çıxara bilmir. Bu zaman kababçı dərhal hadisəyə müdaxilə edir.
Uşağın başını aşağı tutaraq zərblə belinə vurur və nəfəs borusunda qalan ət düşür.
Baş verən hadisə restoranın müşahidə kamerası ilə anbaan qeydə alınıb.
Həmin anları təqdim edirik: