Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2019 11:00
"Barselona" futbolçusu Lionel Messiyə yeni müqavilə təklif edib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu argentinalı hücumçunun karyerasını başa vuracağı vaxta qədər komandada qalmasını istəyir. Bu səbəbdən klub 32 yaşlı oyunçunun müqaviləsinin müddətini özünün seçməsini təklif edib. "Barsa"nın Messinin ən azı 2023-cü ilin yayına kimi komandada qalmağı istədiyi vurğulanıb.
Messi və agentinin gələn yeni təklifi bəyəndiyi bildirilib. "Barselona"da hazırda ilinə 34 milyon avro maaş alan Argentina millisinin üzvü yeni təklifi qəbul edəcəyi təqdirdə, eyni məbləği almağa davam edəcəyi qeyd olunub.