Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2021 21:40
Çin Yerin müşahidəsi üçün orbitə yeni peyk çıxarıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, "Gaofen-1202" peykini orbitə aparan "Böyük yürüş-4C" ("Long March") raketdaşıyıcısının buraxılışı martın 31-də yerli vaxtla səhər 6:45-də Ciüçüən məntəqəsindən həyata keçirilib.
Peyk yer səthində müxtəlif müşahidələrin aparılması, o cümlədən torpaq ehtiyatlarının öyrənilməsi, təbii fəlakətlər barədə erkən xəbərdarlıq üçün istifadə olunacaq.
Qeyd edək ki, bu, "Long March" seriyasından olan raketlərin 364-cü buraxılışı olub.