Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Berlində komendant saatı tətbiq olunur

Berlində komendant saatı tətbiq olunur

Tarix: 1 Aprel 2021 21:54

Berlin 2 aprel tarixindən etibarən saat 21:00-dan 5:00-dək komendant saatı tətbiq edir, həmin müddət ərzində küçədə iki nəfərdən artıq adam birlikdə ola bilməz.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu Almaniya paytaxtının burqomistri Mixail Müller keçirdiyi mətbuat konfransında deyib.

Qeyd olunub ki, Pasxa bayramı günlərində maksimum 5 nəfərin görüşməsinə icazə verilir.

Bundan başqa, aprelin 8-dən sonra Berlindəki uşaq bağçaları fövqəladə rejimdə işləyəcək. Belə ki, bağçalar sosial əhəmiyyətli işlə məşğul olan şəxslər, tibb işçiləri, polis, yanğınsöndürən və digərlərinin övladları üçün gün ərzində daha uzun müddət fəaliyyət göstərəcək.

Milli.Az


Etiketlər:  Berlində komendant saatı tətbiq olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ