Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər Qarabağda türk və müsəlman irsini məhv ediblər - VİDEO

Ermənilər Qarabağda türk və müsəlman irsini məhv ediblər -  VİDEO

Tarix: 2 Aprel 2021 11:20

Ermənilər Qarabağda tarixi abidələrimizi, məscidlərimizi məhv etməklə yanaşı, həm də dini abidələrimizi təhqi etdilər. Bütün bu vandalizmin əsas səbəbi isə islam və türk dünyasına olan nifrətin təzahürü idi. Ancaq, Azərbaycan torpaqlarını işğaldan azad etməklə  erməni faşizminin qarşısını alaraq, həm də türk dünyası qarşısında tarixi xidmət göstərmiş oldu.

Qarabağda dini və tarixi abidələrimizin ermənilər tərəfindən vandalizmə məruz qalması, həm də türk və müsəlman irsinin məhv olmasına hesablanıb. Onlar, təkcə Azərbaycana deyil, ümumilikdə islam dünyasının dəyəri olan mədəni və dini irsə də ziyan vurublar.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Demokratiya və İnsan Hüququları Komitəsinin sədri, hüquq ürzə fəlsəfə doktoru Çingiz Qənizadə deyir ki, ermənilərin Qarabağda qəsdən məscidlərin, tarixi və mədəni abidələrin dağıdılmasında məqsədi, bütün islam və türk dünyasına ziyan vurmaq olub. Məsələn ermənilər təkcə qarabağda olan 67 məsciddən 63-nü tamamilə dağıdıblar.

Ermənilər Qarabağda tarixi, dini abidələrimizi təkcə dağıtmaqla kifayyətlənməyib, onları təhqir etməklə də məşğul olublar. Çingiz Qənizadənin sözlərinə görə, ermənilər xalqımıza, eləcə də tarixi, dini abidələrimizə bu cür münasibət bəsləməklə bir daha türk birliyinə, türk xalqına olan düşmən hisslərini ortaya qoymuş oldular. Azərbaycan, torpaqlarını işğaldan azad etməklə təkcə özünün deyil, bütün islam dünyasının dəyəri olan mədəni və dini abidələrini müdafiə etdi. Ancaq, nədənsə əskər müsəlman ölkələri bu məsələdə hələ də susmaq mövqeyini seçiblər.

Erməni faşizminin qarşısını alan Azərbaycan türk və müsəlman dünyası qarşısında tarixi xidmət göstərmiş oldu. Çünki, işğaldan azad olunan torpaqlarda dağıdılan, məhv edilən məscid və tarixi abidələr yenidən qurulacaq və təmir olunacaq.


Etiketlər:  Ermənilər Qarabağda türk müsəlman irsini məhv ediblər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ