Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda Paşinyanın hakimiyyətdə qalmasını istəyirlər - Sorğunun nəticəsi...

Ermənistanda Paşinyanın hakimiyyətdə qalmasını istəyirlər - Sorğunun nəticəsi...

Tarix: 2 Aprel 2021 17:24

Ermənistanda uzun müddətdir ki, davam edən ictimai-siyasi gərginlik fonunda ölkə ərazisində keçiriləm sorğuların nəticələri böyük maraqla qarşılanır.

Bunu Sonxeber.net-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov deyib. 

O bildirib ki, Paşinyan son sorğunun nəticələrinə görə hələ də liderdir:

Ermənistanda baş verən daxili siyasi-sosioloji proseslər, sosioloji sorğular və ictimai rəy bizi də yaxından maraqlandırdığı üçün ötən həftə "Gallup İnternational" tədqiqat şirkətinin Ermənistandakı nümayəndəliyini tərəfindən aparılan sorğunun nəticələri diqqətimizi çəkdi. Sorğuya əsasən Ermənistanın baş naziri Nikol Paşinyana münasibət hələ də müsbətdir, bununla yanaşı, Ermənistanın əksər sakinləri Rusiya ilə münasibətlərin gücləndirilməsinin tərəfdarı olduğunu bildiriblər. 

Sorğunun metodologiyasına gəlincə qeyd edə bilərik ki, sorğu Ermənistanda 26-29 mart tarixlərində telefon vasitəsilə keçirilib. Sorğuda 801 respondent iştirak etmişdir.

Ermənistanın Gallup ofisi Ermənistanın hansı ölkələrlə və ya dövlətlərarası birliklərlə əlaqələrini gücləndirməsi lazım olduğu soruşduqda, respondentlər belə cavab veriblər:

Rusiya - 62,9 %
ABŞ - 16,4 %
Fransa - 6,4 %
Avropa İttifaqı - 5,2 %
Çin - 2.6 %
İran - 2.4 %
NATO - 0.7 %
Gürcüstan - 0.7 %

Ermənistan vətəndaşları arasında ikitərəfli münasibətlərlə müqayisədə İrəvanın inteqrasiya birlikləri ilə əlaqələrinin möhkəmləndirilməsi məsələsi daha az populyardır. Gallup-a inansaq, respondentlərin 1,5% - i Avrasiya İqtisadi İttifaqı, 0,7% - i NATO ilə, yalnız 0,2% - i isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələrin möhkəmləndirilməsinin tərəfdarıdır.  

Seçkiqabağı əhval-ruhiyyənin öyrənilməsi də hazırkı durumda mühüm element hesab edilir. Respondentlərin 35,5% -i Ermənistanın hazırkı hakimiyyət orqanlarının 20 iyun 2021-ci il tarixinə təyin olunmuş erkən parlament seçkilərinin ədalətli və şəffaf keçiriləcəyinə əmindir. Rəyi soruşulanların 9% -i seçkilərin əsasən ədalətli və şəffaf keçiriləcəyinə inanır. Daha 13,4% respondent əsasən ədalətli və şəffaf keçirilməyəcəyi variant üzərində seçim edib. 29,7% isə birmənalı olaraq ədalətli seçkilərin keçirilməyəcəyini güman edir.

Seçkilər mövzusunun davamı olaraq qeyd edə bilərik ki, 41,2%  respondent seçkilərdə iştirak etmək niyyətindədir. 10.7% respondent "iştirak etmək ehtimalı"nın olduğunu bildirib. Təxminən 15% "iştirak etmək ehtimalı"nın az oldğunu qeyd edib. Demək olar ki, 16% qarşıdakı seçkiləri "birmənalı şəkildə" görməzlikdən gəlmək qərarına gəlib.

"Seçkilər qarşıdan gələn bazar günü keçirilsəydi, siz kimə səs verərdiniz" sualına 31,7%-i baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Mənim addımım" blokunun adını çəkiblər. Əlavə edək ki, Gallup-ın Ermənistan ofisinin keçirdiyi sorğularda yuxarıda qeyd olunan sual hər dəfə respondentlərə ünvanlanır. Görünür ki, yuxarı rəhbərliyə hesabatlar hər dəfə müqayisəli təhlil formasında təqdim olunur. Sorğuda bu suala keçmiş prezident Robert Köçəryan üçün isə 5,9% səs verib.

Keçirilmiş sorğunun nəticələrinə görə aparıcı müxalifət partiyası Qaqik Tsarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan" (Arayış: "Mənim addımım"dan sonra parlamentdə ikinci fraksiyaya malikdir) 4,4%, üçüncü parlament qüvvəsi Edmon Marukyanın "Maariflənmiş Ermənistan" partiyası isə 2,4% inam toplayıb. 

Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistanın Respublika Partiyasının analoji reytinqi 2,4% təşkil edir. Respondentlərin 2,1%-i "Daşnaksütyun" partiyasına səs verməyə hazırdır. Rəyi soruşulanların 24,6%-ı qarşıdakı seçkilərdə heç kimə səs vermək istəmir. Digər 20% respondent isə cavab verməkdə çətinlik çəkdiyini bildirib. 

Sorğudakı bütün nəticələr (daha öncəki nəticələrlə müqayisə ilə birlikdə) aşağıda sistemləşdirilib:

1. "Mənim adımım" - Nikol Paşinyan - 31.7% (fevralda 33.1% idi)
2. Hazırda partiya axtarışında olan Robert Köçəryan - 5.9% (fevral ayı üçün heç bir məlumat yoxdur)
3. "Çiçəklənən Ermənistan" - Qaqik Sarukyan - 4.4% (fevralda 4,4 % idi)
4. "Maariflənmiş Ermənistan" - Edmon Marukyan - 2.7% (fevralda 2.6 % idi)
5. "Respublikaçılar Partiyası" - Serj Sarkisyan - 2.4% (fevralda 2,2% idi)
6. "Daşnaksütyun" - 2.1% (fevralda 2.2% idi)
7. "Vətənin xilası uğrunda hərəkat" - Vazgen Manukyan - 1%
8. "Sasna Tsrer" - Jirayr Sefilyan - 0.5%
9.  "Vətən" Partiyası - Artur Vanetsyan - 0.4%
10. Heç kimə səs verməyəcək - 24.6% (fevralda analoji göstəri 27,2% idi)
11. Cavab verməkdə çətinlik çəkir - 20%

Ermənistanın Ombudsmanı Arman Tatoyan ölkəsində böyük nüfuza malikdir. Müşahidələrimiz ondan ibarətdir ki, Ermənistanın Ombudsmanı həm baş nazirlə, həm də prezidentlə görüşlərində ombudsmanın səlahiyyətlərindən kənar məsələlər də müzakirə olunur. Gallup-ın erməni ofisinin rəyi soruşulan Ermənistan vətəndaşları sadalanan xadimlərdən hansının daha çox etimad qazandığını cavablandırıblar. Səsvermənin nəticələrinə görə aşağıdakı mənzərə ortaya çıxmışdır: 

1. Ermənistan Ombudsmanı Arman Tatoyan - 3,7 bal
2. Baş nazir Nikol Paşinyan - 2,7 bal
3. Prezident Armen Sarkisyan - 2,4 bal
4. Robert Köçəryan - 2,1 bal
5. Qagik Tsarukyan - 2,1 bal

Ermənistanda Ombudsmanın populyarlığını onun işgüzarlığı ilə izah etmək olmaz. Görünür, A.Tatoyanın qarşısındakı vəzifələr çoxşaxəlidir və ya hər mövzuda çıxış etmək onun adətinə çevrilib. Ermənistanın baş naziri, prezidenti və ya xarici işlər nazirinin deyə bilmədiyini Tatoyanın söyləməsi digər qüvvələrin istəyi kimi sezilir.

Təhməz Əsədov


Etiketlər:  Ermənistanda Paşinyanın hakimiyyətdə qalmasını istəyirlər Sorğunun nəticəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ