Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Aprel zəfərini qürurla anırıq!” - VİDEO

“Aprel zəfərini qürurla anırıq!” - VİDEO

Tarix: 2 Aprel 2021 18:48

Azərbaycan Televiziyası Aprel döyüşlərinin 5 illik yubileyi ilə bağlı videoçarx hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Sonxeber.net-a verilən məlumata görə, fərqli tərtibatda hazırlanan və şüarı "Aprel zəfərini qürurla anırıq!" olan çarxda Aprel döyüşlərinin Vətən müharibəsindəki şanlı qələbənin başlanğıcı olduğu qeyd edilir.

Qeyd edək ki, Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayıb. Aprelin 5-dək davam edən döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnib. Silahlı Qüvvələrimiz Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini işğaldan azad edib, bununla da Cocuq Mərcanlı kəndində böyük abadlıq işləri başlayıb. Bu kəndə köç Qarabağa böyük qayıdışın başlanğıcı olub.


Etiketlər:  Aprel zəfərini qürurla anırıq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ