Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2021 12:34
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri reydlər zamanı Növcü kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyini aşkar ediblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.
Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib. Polislər tərəfindən mərasimdə iştirak edən 7 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.