Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messini təhqir edən futbolçu üzr istədi - 7 ildən sonra

Messini təhqir edən futbolçu üzr istədi - 7 ildən sonra

Tarix: 27 Iyul 2019 19:40

"Betis"in müdafiəçisi Xunior Firpo 2012-ci ildə "Tvitter" sosial şəbəkəsində təhqir etdiyi "Barselona"nın hücumçusu Lionel Messidən üzr istəyib.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, Dominikan əsilli ispan futbolçu hadisənin 15 yaşında olarkən baş verdiyini, uşaqlıq etdiyini bildirib:

"Bu, elə də önəmdaşımır. Hər şeyin necə baş verdiyini asanlıqla izah edə bilərəm.Ən yaxım dostum Barselonadandır. Messinin fanatıdır. Çünki Leo, heç şübhəsiz, dünyanın ən yaxşı futbolçusur. Həmin vaxt "Tvitter"də dostuma Messinin əleyhinə bəzi sözlər yazmışdım. Hamısı uşaq söhbətləridir. 15 yaşında, səni heç kim tanımayanda bəzi şeylər edirsən və bunların gələcəkdə peşəkar futbolçu olanda sənin həyatına təsir edə biləcəyini düşünmürsən".

Son vaxtlar "Barselona"ya keçəcəyi ilə bağlı xəbərlər yayılan Firpo Messinin dünyanın ən yaxşısı olduğunu deyib: "Buna heç kimin şübhəsi olabilməz. "Qızıl top"dan söhbət düşəndə, hər zaman deyirəm ki, bu mükafatı Messiyə vermək lazımdır. Digər futbolçular üçün isə başqa mükafat təsis olunmalıdır. Bu il də "Qızıl top"u Messi almalıdır.

"Barelona"ya keçəcəyim haqda xəbərlərin yayılması mənim üçün şərəfdir. Bu, böyük klubdur, orada dahi futbolçular toplaşıb. Hələ "Betis" haqda düşünürəm. Görək, gələcək nə göstərəcək".

Qeyd edək ki, Firpo 7 il öncə "Tvitter"də Messi haqda "fahişə oğlu" yazaraq, onu təhqir etmişdi.

 


Etiketlər:  Messini təhqir edən futbolçu üzr istədi ildən sonra


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ