Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saxta vaksin sənədi haqda məlumata TƏBİB-dən REAKSİYA

Saxta vaksin sənədi haqda məlumata TƏBİB-dən REAKSİYA

Tarix: 5 Aprel 2021 15:32

"Koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq üçün dövlətimiz ilk gündən peyvəndlərin əldə edilməsində böyük səy göstərib və hazırda ölkəmizdə  "Vaksinasiya Strategiyası"na uyğun olaraq bu proses dövlət hesabına könüllü şəkildə uğurla həyata keçirilir".

Bu barədə Sonxeber.net-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, son zamanlar müxtəlif KİV-lərdə və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılır:

"TƏBİB olaraq hər kəsi sözügedən neqativ hallardan çəkinməyə dəvət edirik. Unutmayaq ki, vaksin bizim sağlamlığımızın qorunması və yenidən normal həyata  dönə bilməyimiz üçün yeganə vasitədir.

Onu da bildirək ki, TƏBİB yalnız Abşeron, Sumqayıt və regionlar da daxil olmaqla vaksinasiya prosesinin təşkili ilə məşğuldur və yuxarıda sadalanan neqativ hallarla qarşılaşdığınız zaman hüquq-mühafizə orqanlarına müraciət etməyiniz xahiş olunur".


Etiketlər:  Saxta vaksin sənədi haqda məlumata TƏBİB dən REAKSİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ