Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mən Rəmişi Ağdamda dəfn edərdim'' - Tanınmış jurnalistdən təklif

''Mən Rəmişi Ağdamda dəfn edərdim'' - Tanınmış jurnalistdən təklif

Tarix: 6 Aprel 2021 13:05

Ötən gün dünyasını dəyişən xalq artisti Rəmişlə bağlı sosial şəbəkələrdə tanınmışlar öz düşüncələrini paylaşıblar.

Milli.Az xəbər verir ki, kult.az onlarda bəzisini təqdim edir:

Mir Şahin:

Azərbaycanın daha bir Rəmz İnsanı vəfat etdi: Rəmiş... Biz onu dövrümüz, zamanımız, həyəcan və maraq tariximiz kimi anacağıq! Ağdam qayıtdı, Rəmiş getdi! Mən Rəmişi Ağdamda dəfn edərdim! Rəmiş həm də Ağdam idi! Allah Rəhmət eləsin!

Qənirə Paşayeva:

Təsəllimiz odur ki, sənətkar (Rəmiş) doğma Ağdamın düşmən işğalından azad edilməsinə şahid oldu...

Zaur Aliyev:

Ağdamı gördün, Rəmiş... Ağdamın bizdə olduğunu bildin. Bu dünyadan daha rahat getdin, böyük sənətkar. Yolun düşsə, bu dünyaya bir də gəl, Rəmiş olaraq gəl, Ağdamlı olaraq gəl!

O dünyada Qədir Rüstəmova, Səxavət Məmmədova, Sədi Məmmədova, Allahverdi Bağırova, Fred Asifə, Atama, Xudu Məmmədova denən, ruhları şad olsun. Ağdam daha bizdədir!

Milli.Az


Etiketlər:  Mən Rəmişi Ağdamda dəfn edərdim Tanınmış jurnalistdən təklif


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ