Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2021 15:10
Ermənistanda Qarabağdakı müharibədə ölmüş 200-dən çox hərbçinin cəsədi hələ də morqlarda saxlanılır.
Milli.az virtualaz.org-a situnadən xəbər verir ki, onların kimliyi məlum deyil. Erməni KİV-ləri xəbər verir ki, cəsədlər əsasən Metsamor morqunda saxlanılır.
"Digər morqlarda cəsəd qalıqları olması haqqında rəsmi məlumat yoxdur. Amma "Metsamor" meyitxanasının həyətində quraşdırılmış "Spayk" soyuducularında təxminən 200 cəsəd qalığının saxlanılması dəqiqdir. Metsamordakı məhkəmə tibbi eksperti deyir ki, morqda saxlanılanların cəsədləri tanınmaz hala düşüblər.
Xatırladaq ki, müharibənin əvvəllərindən "Spayk" şirkətinə məxsus olan onlarla soyuducuda hərbçi cəsədlərinin gizlədilməsinə dair video yayılmışdı. Təbii ki, bu da hökumətin əmri ilə baş tutmuşdu. Qələbə haqqında yalan məlumatlar yayan hökumət birdən-birə böyük sayda itkiləri açıqlamaq istəmirdi. Nəticədə uzun müddət saxlanılan cəsədlər tanınmaz hala düşdü"-,deyə məlumatda qeyd olunub.