Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFFA klubları cərimələdi

AFFA klubları cərimələdi

Tarix: 6 Aprel 2021 18:40

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında çıxış edən "Səbail" klubunu 800 manat məbləğində cərimələyib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, buna "dənizçilər"in "Zirə" ilə heç-heçə etdikləri ölkə çempionatının 21-ci tur matçında topdaşıyan şəxslərin yaş həddinin pozulması səbəb olub. "Zirə" isə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün eyni məbləğdə cərimə ödəyəcək.

"Sabah", "Qəbələ" və "Neftçi"yə 4 və daha çox oyunçuları sarı vərəqə aldıqları üçün 800 manat cərimə kəsilib.

"Sabah" - "Qəbələ" oyununda meydan sahiblərinin 4, qonaqların 5, "Neftçi" - "Sumqayıt" qarşılaşmasında isə "ağ-qaralar"ın 8 oyunçusu sarı vərəqə ilə cəzalanıb.


Etiketlər:  AFFA klubları cərimələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ