Tarix: 28 Iyul 2019 17:52
Ötən mövsümün sonunda PSJ-dən ayrılan Dani Alveş özünə klub axtarır.Qol.az xəbər verir ki, bu barədə braziliyalı müdafiəçi sosial şəbəkədəki hesabında yazıb. 36 yaşlı futbolçu üstüörtülü şəkildə aparıcı klubların ona təklif göndərməməsindən narazılığını bildirib:
"İş axtarıram. SV-mi hara göndərim? Əgər kiminsə SV-lə ilə maraqlanma fürsəti olsa, mənə xəbər etsin".
36 yaşlı futbolçunun paylaşımına şərh yazan xanımı Coana Sanz isə həyat yoldaşına İspaniyanın Sequnda təmsilçisi "Tenerife"yə keçməyi məsləhət görüb.
Qeyd edək ki, Alveş PSJ-dən öncə "Yuventus", "Barselona" və "Sevilya" kimi komandalarda çıxış edib.