Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gecələr evdə yatmırdım, dava düşürdü''

Gecələr evdə yatmırdım, dava düşürdü''

Tarix: 7 Aprel 2021 14:25

"İdeal ata deyiləm. Çəkilişdə oluram, evə gələndə yatır, səhər duranda yenə də oyanmır. Uşaq məndən çox anasına yapışır. Atalar evdən gedəndə uşaq arxasınca ağlayır. Məndə isə əksinədi, uşaq normal "sağ ol" deyib, yola salır".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Müşviq Şahverdiyev rəqqasə Oksana Rəsulovanın "Bu ana kimi" proqramında deyib. O bildirib ki, oğlu Murad ondan çox anasına bağlıdır:

"Pandemiyada evdə çox oldum. Evdəkilər məni evdən qovmaq istəyirdilər. Qəribə xasiyyətim üzə çıxmışdı: niyə bu buradadır, uşağın paltarını niyə ora qoymusan. Anam da dedi ki, nə işinə qalıb, çıx get. Deyirdilər, yaxşı ki, sən evdə olmursan".

Xanımından bəhs edən Müşviq övladının adını həyat yoldaşının qoyduğunu deyib:

"Ailə qurmazdan, Aynurəni tanımazdan əvvəl düşünürdüm ki, oğlum olacaq, adını da Yusif qoyacam. Burada deyirlər ki, qadın böyük qüvvədir. Evləndim, bildik ki, oğlumuz olacaq. Aynurə Murad, mən Yusif dedim. Axırda o, deyən oldu.

Uşaq yeni doğulanda, hər gün qazçıxarma problemi yaşayırdıq. İşdən yorğun gəlirdim, deyirdim, yatacam. Dəfələrlə olub ki, gedib ofisdə yatırdım. Evdə dava-dalaşımız olurdu. deyirdim, başa düş, işdən gəlirəm, ölürəm. Gözümün içi qırmızı olurdu. Çəkilişdə ayaqüstə, ssenari əlimdə yatırdım".

Sənətçinin həyat yoldaşı Aynurə isə onunla bağlı "Müşviq ideal atadır, eyni öz atamdır. Boş vaxtı olanda ancaq bizlə keçirir. Övladı ilə bacardıqca məşğul olur. Çox kaprizni insandır. Evdə ciddi olur" sözlərini söyləyib.


Etiketlər:  Gecələr evdə yatmırdım dava düşürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ