Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evdə 8 nəfərlə yas keçirənlər cərimələndi

Evdə 8 nəfərlə yas keçirənlər cərimələndi

Tarix: 7 Aprel 2021 16:14

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar aparılan reydlər zamanı Axtaçı Şirvan kəndi ərazisindəki fərdi yaşayış evində yas mərasiminin keçirildiyi aşkar edilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, həmin ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu müəyyən edilib.

Ev sahibi və orada olan şəxslərlə izahedici söhbətlər aparılıb, qaydalara riayət etməyin vacibliyi bildirilib.

Polis əməkdaşları tərəfindən mərasimdə iştirak edən 8 nəfər barəsində qanunamüvafiq tədbir görülüb.


Etiketlər:  Evdə nəfərlə keçirənlər cərimələndi


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ