Tarix: 28 Iyul 2019 20:08
Rusiya Premyer Liqasında 3-cü turun oyunları davam edir.Qol.az xəbər verir ki, "Neftçi"nin Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Arsenal" bu tur evdə "Rostov"u qəbul edib. Görüş Tula təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Rusiya Premyer Liqası, 3-cü tur
28 iyul
"Arsenal" (Tula) - "Rostov" - 2:3
Qollar: R. Yeremenko, 21 (0:1), A. Yonov, 49 (0:2), Y. Lutsenko, 67 (1:2), E. Şomurodov, 81 (1:3), Q. Kauşiç, 90 (2:3)
Qeyd edək ki, 3 turdan sonra 4 xalı olan "Arsenal" hazırda turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Əlavə edək ki, Avropa Liqasında "Neftçi" ilə "Arsenal" arasında Tulada keçirilən ilk oyun təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı avqustun 1-də "Bakcell Arena"da olacaq və yerli vaxtla 21:00-da başlayacaq.