Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PSJ "Bavariya"nı, "Çelsi" "Portu"nu uddu

PSJ

Tarix: 8 Aprel 2021 07:12

Çempionlar Liqasının 1/4 finalının ilk oyununda fransız "Paris San-Jermen"i səfərdə alman "Bavariya"sını məğlub etdi.

Görüş 3:2 hesabı ilə başa çatıb.

Qaliblər arasında qolları Kilian Mbappe (3-cü və 68-ci dəqiqələr) və Markinyos (28), məğlub olanlardan isə əvvəllər "PSJ"nin futbolçusu olan Erir Şupo-Motinq (37) və Tomas Myuller (60) vurublar.

Komandalar cavab qarşılaşmasını 13 apreldə Fransada keçirəcəklər. "Bavariya" Çempionlar Liqasının hazırkı lideridir.

"Portu" isə doğma meydanda "Çelsi"ni qəbul edib. Oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:0.

7 aprel (çərşənbə)

Çempionlar Liqası

1/4 finalın ilk oyunları


23:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa) - 2:3
Qollar:
 Mbappe, 3 (0:1), Markinyos, 28 (0:2), Şupo-Motinq, 37 (1:2), Müller, 60 (2:2), Mbappe, 68 (2:3)


23:00. "Portu" (Portuqaliya) - "Çelsi" (İngiltərə) - 0:2 
Qollar:
 Mount, 32, Çilvell, 85

(Cavab oyunları aprelin 14-ü keçiriləcək)


6 aprel (çərşənbə axşamı)

"Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) - 3:1

"Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 2:1

(Cavab oyunları aprelin 13-ü keçiriləcək)

Milli.Az


Etiketlər:  PSJ Bavariyanı Çelsi Portunu uddu


RƏYLƏR