Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2021 08:30
Braziliyada son sutka ərzində daha 92 625 nəfərin koronavirus infeksiyasına yoluxması, 3829 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 13 193 20 nəfər yoluxub. Bu müddət ərzində 340 776 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 11 664 158 xəstə müalicə olunaraq sağalıb.