Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2021 12:20
Azərbaycanda gender əsaslı zorakılıqla bağlı qaynar xəttə bir ayda 40-a yaxın zəng daxil olur. Zorakılığa məruz qalmış şəxslər, xüsusilə qadın və qızların müraciəti üçün nəzərdə tutulmuş "860" qaynar xətt Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Əhali Fondunun birgə əməkdaşlığı ilə yaradılıb.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, daxil olan zənglərdə ilkin olaraq onun məişət zorakılığının olub-olmadığı araşdırılır.
Psixoloji dəstək göstərilir. Daha sonra hansı sahədə köməyə ehtiyacı varsa, ona uyğun mütəxəssisə yönləndirilir.
Burda əsas məqamlardan biri həmin şəxsin məxfiliyinin qorunmasıdır.
Layihə rəhbəri Günel Aslanovanın sözlərinə görə, sərt karantin dönəmində zənglərin sayında azalmalar müşahidə olunub. Yumşalmalardan sonra isə zənglərin sayı yenidən artıb. Buna səbəb karantin zamanı agressorun zorakılığa məruz qalmış şəxsin davamlı olaraq yanında olması və qaynar xəttə zəng edə bilməməsidir. Maraqlısı odur ki, gələn zənglər arasında kişilər də var. Onların da əksəriyyəti psixoloji və iqtisadi zorakılığa məruz qaldıqlarını deyirlər.
Psixoloqun sözlərinə görə, sevindirici hal odur ki, burda vətəndaş mövqeyi də özünü göstərib. Yəni sadəcə zorakılığa məruz qalmış şəxslər deyil, eyni zamanda, ətrafında zorakılığın şahidi olan şəxslər də qaynar xəttə zəng edirlər.
Qeyd edək ki, Bakı ərazisindən birbaşa 860, mobil nömrələrdən və ölkənin regionlarından isə 012 860 yığmaqla qaynar xətlə əlaqə saxlamaq mümkündür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: