Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2021 16:56
İsrail bazar günü Natanz nüvə obyektində baş verən qəzada günahkardır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. Onun sözlərinə görə, nüvə obyektinə hücumun hədəfi nüvə danışıqlarını dayandırmaq olub:
"İsrail siyasətçiləri və hərbçiləri açıq şəkildə deyirlər ki, Tehranın inkişafına və sanksiyaların ləğvinə izn verməyəcəklər. Bu gün düşünürlər ki, öz hədəflərinə çatıblar. İsrailə cavab İranın nüvə sferasında daha çox inkişafı olacaq".