Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çöldə-bayırda nə baş verir bilmirəm''

''Çöldə-bayırda nə baş verir bilmirəm''

Tarix: 13 Aprel 2021 17:20

İki gündür ki, müğənni Rəqsanə İsmayılovanın Rusiyaya üz tutan həmkarlarını tənqid etməsi müzakirə olunur. Onun fikirləri istər sosial şəbəkə istifadəçiləri, istərsə də sənət adamları tərəfindən birmənalı qarşılanmır.

Rəqsanəni dəstəkləyənlərlə yanaşı, sərt tənqid edənlər də var. Bir də cəmiyyətdə sual yaranıb: "Rusiyadakı vəziyyət necədir ki, Rəqsanə əlinə mikrofon almağa belə utanır?"

Sonxeber.net xəbər verir ki, qonşu ölkəyə yola düşənlər sırasında olan xanəndə, əməkdar artist Elnarə Abdullayeva sherg.az-a danışıb. O canlı yayım açaraq açıqlamalar verəcəyini söyləyib:

"Kiminsə yanında olmamışam. Bir-iki toyum var idi, orda oxumuşam. Xırda-mırda adına konsert deyilən "Konsertçik"lərdən və burdakı ab-havadan xəbərim yoxdur. Təyyarəyə minib Rusiyaya gəlmişəm, toyda ifa edib qayıtmışam. Çöldə-bayırda nə baş verir bilmirəm. Müəyyən məsələlər var, onlar haqqında danışacam".


Etiketlər:  Çöldə bayırda baş verir bilmirəm


RƏYLƏR