Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vəba nədir?

Vəba nədir?

Tarix: 20 Aprel 2021 20:33

Vəba (lat. cholera) - Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeskion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə yanaşıdır.

Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliiyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.

Təbii şəraitdə vəbanı yayan mənbələr xəstə və ya vibrionlar gəzdirən adamlardır. Vəba ilə yoluxma ancaq ağız-nəcis vasitəsi ilə olur. İlin isti vaxtlarında vəbanı milçəklər də yayır. Lakin vəba vibrionlarının tətbiq edilməsi imkanlarını zəiflədən faktorlar mövcuddur - vəba törədiciləri xarici mühit və fiziki-kimyəvi vasitələrin təsirinə çox davamlı deyillər, həmçinin vəbaya qarşı vaksinlər də vardır.

Xəstəlik və təsirləri[

Xəstəlik, ümumiyyətcə, dıçkı bulaşmış çirkli su ya da bu sularla yuyulmuş qidalar vasitəçiliyi ilə yayılar. Buna görə kanalizasiya və ya su arıdam təsislərindəki hər hansı bir ziyan və ya səhv tətbiq, xoleranın böyük diametrdə bir sahəyə qısa müddətdə yayılmasına yol aça bilər. Sadə bir müalicəyə malikdir amma müalicə edilməzsə də 50 % nisbətində ölümlə sonuclana bilər.


Etiketlər:  Vəba nədir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ