Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

5 ay əvvəl şəhid olan əsgərimiz dəfn edilib - FOTO

5 ay əvvəl şəhid olan əsgərimiz dəfn edilib - FOTO

Tarix: 21 Aprel 2021 13:02

Vətən müharibəsində 5 ay əvvəl Şuşanın Daşaltı kəndində şəhid olan Hacıqabul rayonu Muğan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Kərimli Qalası Müslüm oğlu bu gün dəfn edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, şəhid kənd qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid əsgər Qalası Kərimli ötən il noyabrın 2-də Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. 5 ay axtarışlardan sonra onun nəşi Şuşanın Daşaltı kəndində tapılaraq yaxınlarına verilib.  

Qalası Kərimli Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

Milli.Az


Etiketlər:  5 ay əvvəl şəhid olan əsgərimiz dəfn edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ