Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2021 18:58
"Açığı, özümü beynəlxalq arenada sınamağı çox istəyirdim. İlk dəfə bir il əvvəl Azərbaycan millisində oynamaq fürsətimin olduğunu öyrəndim".
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizə yeni cəlb olunan Anatoli Nuriyev Ukrayna mətbuatına müsahibəsində deyib.
Ukraynanın "Minay" klubunun kapitanı olan 25 yaşlı yarımmüdafiəçi Azərbay millisini seçməsindən danışıb. O, Ukrayna yığmasında böyük rəqabət olduğundan millimizi seçdiyini qeyd edib:
"Ata tərəfində Azərbaycan köklərim var. Zakarpatiya futbolunun yetirməsi kimi həmişə Ukrayna yığmasında oynamaq istəyirdim. Ancaq mən həmişə realist olmuşam və başa düşmüşəm ki, Andrey Şevçenkonun komandasında ən gərgin rəqabət yarımmüdafiəçilər arasındadır.
Azərbaycan millisini seçməzdən əvvəl komandanın baş məşqçisi Canni De Byazi ilə iki dəfə görüşdüm və mənə etibar etdiyini söylədi. İtalyan mütəxəssisin məhz bu etimadı mənim üçün kifayət etdi. Mart ayındakı fasilə zamanı Azərbaycan milli komandasında üç oyun keçirdim. Əvvəlcə dünya çempionatının seçmə mərhələsində Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliya ilə, daha sonra Qətərlə yoldaşlıq görüşündə və nəhayət Serbiya ilə oyunda. Balkanlarla matçda bir xal qazanmağa yaxın idik, amma bəxtimiz gətirmədi. Yenə də ümid edirəm ki, qazandığım beynəlxalq təcrübə bu yaxınlarda müqaviləmi bir il uzatdığım "Minay"da mənim üçün faydalı olacaq".