Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2019 11:52
“Arsenal”ın Avropa Liqasının ikinci təsnifat mərhələsinin Bakıda Azərbaycanın “Neftçi” klubu ilə cavab matçında Tula klubunu təqribən 50 azarkeş dəstəkləyəcək.
Qol.az xəbər verir ki, bu barədə TASS agentliyinə “Arsenal”ın mətbuat xidmətindən bildiriblər.
Xatırladaq ki, “Arsenal” ilə “Neftçi” klubları arasında birinci görüş iyulun 25-də Tulada keçirilib və 0:1 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb. Cavab oyunu avqustun 1-də Bakıda keçiriləcək. Birinci görüşə Bakıdan “Neftçi”nin təqribən 300 azarkeşi gedib.