Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 14:54
Ağdamın baş planının ilkin versiyası mayın sonunda təhvil veriləcək
Sonxeber.net Real TV-ə istinadən bildirir ki, Qarabağda yenidənqurma işləri ilə parallel olaraq ərazilərə vurulan ziyanın hesablanması davam edir.
Qarabağa Qayıdıdış planına əsasən Qarabağda "ağıllı kənd" layihəsi bütün əraziləri əhatə edəcək. Prezident İlham Əliyev Dövlət televiziyasına müsahibəsində Qarabağda qurulacaq infrastrukturdan danışıb.
Yenidənqurma işlərində xarici tərəfdaşların köməyindən istifadə olunacaq. Bununla da həm azad olunmuş ərazilərin bərpası sürətlənəcək, həm də keçmiş məcburi köçkünlər dogma yurd-yuvasına qayıdacaq. Qarabağın inkişaf strategiyasının hazırlanması bölgəni də inkişaf baxımdan dayanıqlı edəcək.
Qarabağda yaradılan şərait Azərbaycanın iqtisadi inkişafını və iqtisadi potensialına müsbət təsir göstərəcək.