Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2021 18:38
"Real" klubunun və Avropa Super Liqasının prezidenti Florentino Peres açıqlama verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "El Larguero" radiosuna danışan Peres, Super Liqa layihəsini dayandırdıqlarını bildirib: "Çox məyus oldum. Çünki üç ildir bu layihə üzərində çalışırıq, bəlkə də, düşüncələrimizi yaxşı izah edə bilmədik.
Çempionlar Liqasının formatı köhnədir və yalnız 1/4 final mərhələsindən sonra maraqlı olur. Bu format açıq şəkildə işləmir. Ona görə də, Avropanın böyük komandalarının tez-tez bir-birləri ilə oynayacağı bir formata sahib olan turnirə başlamaq istədik. Burda daha çox pul qazanılacağını fikirləşirdik.
İngiltərə klublarından biri bu layihəni istəmirdi. Ad çəkməyəcəm, ancaq bu klub digərlərinin də fikrini dəyişdi. FİFA böyük tamaşa yaratdı, sanki atom bombası atmışdıq.
Super Liqa layihəsinin öldüyünü düşünürsüzsə, yanılırsız. Layihə dayandırılıb. UEFA və FİFA-dan qorxmuram. Sözlərimi açıq şəkildə deyirəm".