Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldonun İngiltərə arzusu - Hətta maaşının azaldılmasına da razıdır

Ronaldonun İngiltərə arzusu - Hətta maaşının azaldılmasına da razıdır

Tarix: 23 Aprel 2021 14:30

Kriştiano Ronaldo karyerasını vaxtilə heyətində parladığı "Mançester Yunayted"də davam etdirə bilər.

Sonxeber.net offsideplus.az-a istinadən xəbər verir ki, dünya futbolunun ulduzu İngiltərəyə qayıtmaq arzusundadır. Hətta ağ-qırmızı formanı yenidən geyinmək üçün maaşının azaldılmasına da razıdır. "Qırmızı şeytanlar" "7 nömrə"yə illik 20 milyon avro təklif etsələr, məsələ həllini tapa bilər. Bunun üçünsə "Yuventus"u da razı salmaq lazımdır.

Qeyd edək ki, Kriştiano 2003-2009-cu illər aralığında "Mançester Yunayted"in heyətində İngiltərə çempionu, ölkə kubokunun,  liqa kubokunun, Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub. 


Etiketlər:  Ronaldonun İngiltərə arzusu Hətta maaşının azaldılmasına razıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ